“Real”dan 38 yaşlı futbolçu ilə yeni müqavilə
“Real” Luka Modriçlə müqavilənin müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Modriçin sentyabrda 38 yaşı tamam olacaq.
Modriç ötən mövsüm “Real”ın heyətində La Liqada 33 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin