“Real”da yeni müqavilə
“Real” futbolçusu Vinisius Juniorla müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2027-ci ilədək müqavilə imzalayıblar. Əvvəlki müqavilə bu mövsümün sonuna kimi idi.
Vinisius 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya “Real”a keçib. Bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 10 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin