“Real”da yeni idman direktoru

“Real”ın keçmiş yarımmüdafiəçisi və sabiq baş məşqçisi Santyaqo Solari Madrid klubunun futbol direktoru vəzifəsinə təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Solari 2000-2005-ci illərdə “Real”da çıxış edib. O, oyunçu kimi komanda ilə birlikdə ikiqat İspaniya çempionu və 2001/02-ci illərdə Çempionlar Liqasının qalibi olub. Argentinalı mütəxəssis 2018-2019-cu illərdə Madrid komandasında baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında “kral klubu” 2018-ci ildə klublararası dünya çempionu olub.

Solari futbol direktoru vəzifəsində Manuel Fernandesi əvəz edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button