“Real” bu həftə yeni transferlərini açıqlayacaq

“Real” bu həftə üçün bir sıra önəmli planlar hazırlayıb.

Komanda.az “Cope”-yə istinadən xəbər verir ki, “kral klubu” bazar gününədək “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold və “Benfika”nın oyunçusu Alvaro Karrrerasla müqavilə imzalandığını rəsmi şəkildə elan etməyi planlaşdırır.

Bundan əlavə, madridlilər hazırda “Komo”da çıxış edən yarımmüdafiəçi Nikolas Pazı geri qaytarmağı və daha əvvəl transferi açıqlanan yeni oyunçu Din Heyseni ictimaiyyətə təqdim etməyi nəzərdə tutur.

“Real”da baş məşqçi postuna yeni təyinat da olub. Karlo Ançelottini əvəz edən Xabi Alonso artıq komandanın “sükanı arxasında”dır. Ançelotti isə Braziliya milli komandasının baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button