“Real”ın Ramosu itirmək qorxusu
“Real”ın müdafiəçisi Serxio Ramos karyerasını MLS-də davam etdirə bilər.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “İnter Mayami” 34 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Ramos “kral klubu” ilə yeni müqavilə üçün danışıqlara başlasa da, tərəflər arasında hələ ki, razılıq əldə edilməyib. Keçmiş futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami”nin vəziyyəti izlədiyi və Ramosa rəsmi təklif göndərməyə hazır olduğu bildirilir. İspan müdafiəçinin də ABŞ klubunu sevdiyi vurğulanır.
Ramosun “Real”la müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin