
“Real”da qol vuran ən yaşlı futbolçu oldu – 1965-ci ildən sonra
“Real”ın yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Seltik”lə matçında qol vurub.
Qlazqodakı “Seltik Park” stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu 36 yaş 362 günündə fərqlənməklə, 1965-ci ildən bəri Madrid klubunun Çempionlar Liqasında ən yaşlı qol vuran oyunçusu olub.
1965-ci ildə hücumçu Ferents Puşkaş 38 yaş 173 günündə olarkən Çempionlar Liqasında “Feyenoord”la matçda “Real”ın heyətində qol vurub.
Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turundan sonra “Real” 3 xal toplayaraq F qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Seltik” isə 0 xalla sonuncu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin