“Real”da oynayıb, “Barselona”ya aşiq olub
“Real”ın sabiq hücumçusu Antonio Kassano “Barselona”ya olan sevgisindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu “Barselona”ya aşiq olduğunu bildirib:
“Real”da oynamışam, heç vaxt “Barselona”da oynamaq imkanım olmayıb. Amma mən “Barselona”ya aşiq oldum və hələ də sevirəm. Məni ən çox dəli edən “Barsa”nın oyun tərzidir. Orada onlar təkcə qələbə haqqında deyil, həm də futboldan həzz almaq haqqında düşünürlər. Topa sahib olmaq, hücum oyunu… Heç bir komanda bunu belə etmir. “Barsa”nın cəsarətli yanaşması var, onlar heç nədən qorxmurlar”.
Kassano 2006-2008-ci illərdə “kral klubu”nda çıxış edib. O, bu müddət ərzində bütün turnirlərdə 29 matçda iştirak edərək, 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin