“Real”da növbəti itki: “El klasiko”da olacaq?

İspaniyanın “Real” klubu növbəti itki ilə üzləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun uelsli futbolçusu Qaret Beyl zədələnib. Futbolçunun baldırından zədələndiyi, son üç gündə komanda ilə məşq etmədiyi bildirilir.

Beylin La Liqada “Espanyol”, Çempionlar Liqasında isə “Brügge” ilə oyunlarda iştirak etməyəcəyi dəqiqdir. Hücumçunun “Barselona” ilə keçiriləcək “el klasiko” matçında iştirakı sual altındadır.

Daha əvvəl Madrid klubunda Eden Hazard və Marselonun da “Barselona” ilə görüşdə iştirak etməyəcəyi bildirilmişdi.

La Liqanın 10-cu turundan təxirə salınan “Barselona” – “Real” matçı dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button