
“Real” rəhbərliyi narahatdır
“Real” UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Liverpul”a 0:1 hesabı ilə uduzub.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, bu məğlubiyyət klub rəhbərliyində ciddi narahatlıq yaradıb. Səbəb “Real”ın güclü rəqiblərlə oyunlarda ardıcıl uğursuz çıxışıdır.
Bu tendensiya hələ sabiq baş məşqçi Karlo Ançelottinin dönəmindən müşahidə olunurdu: Madrid təmsilçisi yüksək səviyyəli komandalarla görüşlərdə istənilən nəticəni əldə edə bilmirdi.
“Real” hazırkı baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında zəif rəqiblərə qarşı inamlı təsir bağışlasa da, əsas sınaqlarda problemlər davam edir. Buna nümunə kimi sentyabrda “Atletiko”ya 2:5 hesablı məğlubiyyət və İngiltərədəki son oyun göstərilir.
Alonso iyunda baş məşqçi postuna gətirilib. Onun komandası hazırda La Liqada 11 turdan sonra 30 xalla liderlik edir və “Barselona”nı 5 xal qabaqlayır.
Bizi Facebook-da izləyin



