“Real”da 2 itki
“Real” İspaniya çempionatının 33-cü turunun “Real Sosyedad”la qarşıdakı matçına itkilərlə çıxa bilər.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, hücumçu Rodriqo və yarımmüdafiəçi Çud Bellingem komandanın bugünkü məşqini buraxıblar.
Braziliyalı futbolçu soyuqdəymə, Bellingem mədəsindəki problem səbəbindən məşq etməyiblər. Çox güman ki, hər iki futbolçu qarşıdakı görüşdə oynamayacaq. Lakin onlar Çempionlar Liqasında “Bayern”lə qarşılaşmaya hazır olacaqlar.
Zədəsini sağaldan Tibo Kurtua və müdafiəçi Ferland Mendinin artıq komandaya qoşulduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin