
“Real”da itki – 2-3 həftə olmayacaq
İspaniyanın “Real” klubunun müdafiəçisi zədələnib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun 24 yaşlı futbolçusu Ferlan Mendi sıradan çıxıb. Ayağından zədələnən futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Fransalı futbolçu yay transfer pəncərəsi dövründə “Lion”dan Madrid klubuna transfer olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin