“Real”da 2 itki
“Real” bu yaxınlarda zədə səbəbindən iki fransalı futbolçusunu itirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət yarımmüdafiəçi Orelyen Tçuameni və sol cinah müdafiəçisi Ferland Mendidən gedir.
Fransalı futbolçuların zədəsi ciddi deyil. Tçuameni və Mendinin sentyabrın 14-də başa çatacaq beynəlxalq fasilədən sonra meydana qayıdacaqları gözlənilir. Onlar qarşıdakı oyunlarda Fransa millisinə kömək edə bilməyəcək.
Tçuameni və Mendi İspaniya La Liqasının ilk 4 turunda 8 xal toplamış “Real”ın əsas oyunçularıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin