“Real”da fikir ayrılığı olub – “Qızıl top”la bağlı

“Real”ın heyəti bu həftənin əvvəlində Parisdə keçirilən “qızıl top” mərasiminə getməmək qərarına gəlmişdi.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, “Real”ın nümayəndələrinin Parisə getməməsi ilə bağlı qərarı klub prezidenti Florentino Peres verib.

Madrid klubunda heç də hamı bu qərarı dəstəkləməyib. Bəziləri etik səbəbdən tədbirdə iştirak etməyi seçib. Bununla belə, Peresin mövqeyi qəbul edilib.

“Qızıl top”u “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb. “Real”ın vingeri Vinisius Junior ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button