
“Real”da ciddi itki: “Barselona” ilə oyunu buraxacaq
“Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa İspaniya kubokunun finalında “Barselona” ilə matçda komandasına kömək edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Aparılan müayinələrdən sonra Kamavinqaya sol körpü əzələsinin vətərinin tam qopması diaqnozu qoyulub.
22 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 34 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aprelin 26-da keçiriləcək “Real” – “Barselona” matçının start fiti saat 00:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin