“Real”da ciddi itki
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem zədələnib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis futbolçu La Liqanın 24-cü turunda “Jirona”ya qarşı matçda (4:0) sol topuğundan zədə alıb
20 yaşlı futbolçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bellingemin martın 6-da keçiriləcək “Leyptsiq”lə Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa kimi sağalacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin