
“Real”da itki – 3-4 həftə olmayacaq
“Real”ın müdafiəçisi Ferlan Mendi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab matçında zədələnərək, oyunu başa vura bilməyib.
Komanda.az AS-a istinadən xəbər verir ki, fransalı futbolçu dünən müayinədən keçib və onun sol dizində ikinci dərəcəli əzələ zədəsi təsdiqlənib. 29 yaşlı oyunçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Mendi şənbə günü La Liqada “Villarreal”la matçı, həmçinin, “Leqanes” və “Real Sosyedad”la oyunları mütləq buraxacaq. Onun sağalması gecikərsə, Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qarşı keçiriləcək ilk oyunu da buraxmaq riski ilə üzləşə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



