“Real”da sentyabr ayının ən yaxşısı məlum olub
“Real”da sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı adına Çud Bellingem layiq görülüb.
İngiltərəli yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Xatırladaq ki, 20 yaşlı futbolçu avqust ayının da ən yaxşı oyunçusu seçilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin