
“Real”da 5 futbolçunun taleyi sual altındadır
“Real”ın beş futbolçusunun gələcəyi hazırda qeyri-müəyyəndir.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yeni yarımmüdafiəçi almaq istəyir, lakin bunu yalnız ən azı bir oyunçu satılarsa, edəcək. Klub vinger Rodriqo Qoes, həmçinin, müdafiəçilər Ferlan Mendi və David Alaba üçün təklifləri nəzərdən keçirəcək.
Bundan əlavə, “Real” yarımmüdafiəçi Daniel Sebalyos və hücumçu Endrikin klubdakı gələcəyinə də şübhə edir. Komandanın baş məşqçisi Xabi Alonso Kilian Mbappe və Qonsalo Qarsiyaya ümid bağladığından, braziliyalı forvardın yeni mövsümdə oyun müddətinin azalacağı vurğulanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin