Keçmiş futbolçusu “Real”a qayıtmaq istəmir

“Komо”nun yarımmüdafiəçisi Nikо Paz “Real”a qayıtmaqdan imtina edə bilər.

“Kral klubu” keçmiş futbolçusunu 8 milyon avro müqabilində geri qaytarmaq hüququna malik olsa da, o, Leverkuzen “Bayer”inə keçməyə daha meyllidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayer” argentinalı oyunçunu yaxın günlərdə “Liverpul”a keçəcəyi gözlənilən Flоrian Virtsin əvəzləyicisi kimi görür.

Pazın da “Bayer”i seçmək istədiyi bildirilir, çünki Almaniya təmsilçisi ona müntəzəm oyun praktikası vəd edir. “Real”da isə belə bir zəmanət yoxdur.

20 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button