“Real”a qalib gəlməkdən başqa yolumuz yoxdur” – Konte
UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turu çərçivəsində bu gün “Real”la qarşılaşacaq “İnter”in baş məşqçisi Antonio Konte açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, yalnız qələbəyə kökləndiklərini bildirib:
“Bizim üçün bu oyun final deməkdir. “Real”a qalib gəlməkdən başqa yolumuz yoxdur. Çətin oyun olacağını bilirik. Rəqibin necə ciddi komanda olduğunu anlayırıq. İstəsək, qalib gələ bilərik, bunun şahidi olduq. Son dərəcə diqqətli və sakit oynamalıyıq. Bizdən çox şey gözlənilir. Hər kəs məsuliyyəti dərk etməlidir. Qalib gəlmək və mükəmməl nəticə əldə etməliyik, başqa yol düşünə bilmirəm. Komandanı inkişaf etdirməliyik”.
“İnter” – “Real” oyunu bu gün, saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin