
“Real”a keçməyəcək, “Qarabağ”ın rəqibinə söz verib
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi karyerasını “Real”da davam etdirməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu artıq “Real”a bu barədə xəbərdarlıq edib və “Liverpul”la razılığa gəlib. İngiltərə millisinin üzvünün Mersisayd klubuna söz verdiyi bildirilir.
Quehi daha əvvəl “Kristal Pelas”la müqaviləsinin müddətini uzatmayacağını və mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
İngiltərəli futbolçunun hazırkı klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



