
“Real”a keçmək mənim üçün böyük şərəfdir”
“Real”ın yeni müdafiəçisi Trent Aleksander-Arnold ilk təəssüratlarını bölüşüb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu komandada olduğu üçün xoşbəxt hiss etdiyini bildirib:
“Klubu bir neçə dəfə Çempionlar Liqasında qələbəyə aparan prezident böyük uğurlar qazanıb və komandanı yeni səviyyəyə çatdırıb… Bu, həqiqətən təsiredicidir. İlk növbədə, bu böyük klubun bir hissəsi olmaq şansına görə səmimi qəlbdən minnətdaram. “Real”a keçmək mənim üçün böyük şərəfdir. Əminəm ki, biz birlikdə çoxlu kuboklar qazana biləcəyik.
Klub prezidenti Florentino Perez qeyd edib ki, mənim ispan dilini yaxşı bilməyim onu təəccübləndirib. Deyəsən, bu, çoxu üçün sürpriz olub. Amma bu addımı atdığım üçün çox şadam. Hər şeyi düzgün şəkildə başlamaq mənim üçün vacib idi”.
26 yaşlı müdafiəçi müqaviləsi başa çatdıqdan sonra “Liverpul”dan “Real”a keçib. Futbolçunun təqdimatı iyunun 12-də baş tutub.
Bizi Facebook-da izləyin



