İddia: Ançelottini “Real”da oğlu əvəz edə bilər
2024/25 mövsümü irəlilədikcə, “Real”ın nəticələri idealdan uzaq olduğu üçün baş məşqçi Karlo Ançelotti təzyiqlə üzləşir.
Əlbəttə ki, madridlilərə zədələr mane olur, lakin Ancelotti ilə mümkün ayrılıq haqqında şayiələr artıq bir neçə dəfə mətbuatda yer alıb.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Karlo Ançelotti istefa verərsə, “Real” “sükan”ı onun oğlu Davide Ançelottiyə etibar edə bilər. Davide Ançelotti hazırda komandanın məşqçilər heyətinin üzvüdür.
Madrid klubunun rəhbərliyi oğul Ançelottini gənclərə sadiqliyinə və atasına nisbətən daha cəsarətli yanaşmasına görə yüksək qiymətləndirir. Həmçinin, onun atası gedəndən dərhal sonra “Real”a rəhbərlik etmə ehtimalının aşağı olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin