“Real” Zidanı qaytarır – Bu gün rəsmən açıqlanacaq
İspaniyanın “Real” klubu sabiq baş məşqçisi Zinəddin Zidanı geri qaytarır.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən təyinatla bağlı rəsmi qərar bu gün Madrid təmsilçisinin İdarə Heyətinin iclasından sonra elan olunacaq.
Madrid klubunun indiki baş məşqçisi Santyaqo Solari isə klub rəhbərliyinin qərarı ilə başqa vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə “Real”a rəhbərlik edib. O, “kral klubu”nda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin