
“Real” bu gün yeni futbolçunun transferini tamamlayacaq
“Real” bu gün “Benfika”nın müdafiəçisi Alvaro Karrerasın transferini rəsmi şəkildə elan edəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun təqdimatı sabah baş tutacaq.
Transferin “kral klubu”na 50 milyon avroya başa gəldiyi bildirilir.
22 yaşlı oyunçu “Real”ın yetirməsidir. O, 2017-2020-ci illər aralığında klubun gənclər komandalarında çıxış edib. Karreras daha sonra “Mançester Yunayted”ə transfer olunub, oradan da “Benfika”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



