“Real” yetirməsini geri qaytaracaq

“Komo”nun yarımmüdafiəçisi Nikolas Pazın “Real”a qayıtma ehtimalı getdikcə artır.

Argentinalı futbolçu Sesk Fabreqasın komandasında parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb və artıq A Seriyasının ən yaxşı gənc oyunçularından biri hesab olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” öz yetirməsini gələn ilin yayında geri qaytarmağı planlaşdırır. Bunun üçün “Real” böyük məbləğ ödəməyəcək, çünki Madrid təmsilçisinin 21 yaşlı futbolçunu geri almaq hüququ var.

Sentyabrın 8-də 21 yaşı tamam olan Nikolas Pazın “transfermarkt” dəyəri 35 milyon avro göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button