
“Real” yeni transferinə qovuşdu
“Real” yeni transferi Franko Mastantuononu ictimaiyyətə təqdim edib.
Komanda.az xəbər verir ki, argentinalı vinger mətbuat konfransında dünyanın ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb:
“Mən argentinalıyam və mənim üçün dünyanın ən yaxşı futbolçusu Lionel Messidir. Əlavə edəcək bir şeyim yoxdur”.
Xatırladaq ki, Messi 2000–2021-ci illərdə “Barselona” sistemində çıxış edib.
“River Pleyt”dən transfer edilmiş Mastantuono isə “Real”la müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin