“Real” yeni transferə milyonlarla avronu hissə-hissə ödəyəcək
“Real” yeni hücumçusu Kilian Mbappeyə böyük məbləğdə imza bonusu ödəyəcək.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, fransalı forvardın bank hesabı 150 milyon avro ilə doldurulacaq. “Kral” klubu bu məbləği yeni futbolçusuna hissə-hissə ödəyəcək.
Mbappe ilə İspaniya çempionu arasında müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. O, “kral klubu”na keçməzdən əvvəl PSJ-nin formasını geyinib. Mbappe 2017-ci ildən Paris klubunda çıxış edib. Futbolçu ötən mövsüm 48 matçda 44 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin