
“Real” yeni təklif göndərə bilər – İngiltərəli oyunçu üçün
“Real” müdafiəçi Trent Aleksander-Arnold üçün “Liverpul”a yeni təklif göndərə bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” mersisaydlılar qış transfer pəncərəsində ingiltərəli futbolçunu buraxmağa hazır olan kimi “Liverpul”la əlaqə saxlayacaq.
Amma “qırmızılar” yanvarda 26 yaşlı müdafiəçi ilə ayrılmaq istəmir. Ən pis halda onu yaya qədər saxlamaq niyyətindədirlər.
Daha əvvəl “Liverpul” “Real”ın Trent üçün 15 milyon avroya transfer təklifini rədd etdiyi bildirilirdi. O, bu mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin