“Real” yeni müqaviləni gecikdirir

“Real” yarımmüdafiəçi Luka Modriçlə müqavilənin müddətini uzatmaq üçün danışıqları davam etdirir.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi xorvatiyalı ilə sözləşmə imzalamaq qərarını bir qədər gecikdirir.

Öncədən “Real”ın bir neçə futbolçu ilə müqavilənin müddətini uzatmaq və “Borussiya”dan (Dortmund) Çud Bellingemi transfer etmək istədiyi bildirilirdi.

Yayda azad agent statusu alacaq Modriç İspaniyada qalmaq istədiyini və Səudiyyə Ərəbistanından gələn təklifləri qəbul etmədiyini deyib.

O, cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button