“Real” yeni müdafiəçi transfer etmək istəyir

“Real” müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi “Jirona”da çıxış edən Yan Kouto ilə maraqlanır.

Madrid klubu müqavilə ilə “Mançester Siti”yə məxsus olan 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir.

“Jirona” Yan Koutonu 2022-ci ilin yayında icarəyə götürüb. Braziliyalı oyunçu bu mövsüm la Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button