
“Real” yeni geyim kolleksiyasını təqdim edəcək
“Real” 2025-ci ilin sonunda “Adidas” və “Marvel”lə birlikdə yeni geyim kolleksiyasını təqdim edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolleksiya “Marvel Comics”-in məşhur superqəhrəmanı “Thor”-dan ilhamlanıb.
“Thor” personajı isə öz növbəsində Skandinaviya və alman mifologiyasındakı eyniadlı göy gurultusu tanrısına əsaslanır.
Yeni kolleksiyaya ən azı dörd məhsul daxil olacaq: futbolka, kapuşonlu idman geyimi, idman gödəkcəsi və şort. Kolleksiyanın əsas rəngi qara olacaq, onu narıncı və ağ çalarlar tamamlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



