“Real” yapon futbolçusunu yenə icarəyə verdi
Madrid “Real”ı yarımmüdafiəçisi Takefusa Kubonu növbəti dəfə icarəyə göndərib.
Komanda.az xəbər verir ki, yaponiyalı hücumameylli yarımmüdafiəçi 2020/21 mövsümünü “Vilyarreal”da keçirəcək.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Artıq 19 yaşlı futbolçu yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, 2011-2015-ci illər aralığında “Barselona” Futbol Akademiyasında oynamış Takefusa Kubo “Real” 2019-cu ilin yayında transfer olunub. Lakin o, Madrid təmsilçisi ilə müqavilə bağlayan kimi, “Malyorka”ya icarəyə göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin