“Real” yanvarın 1-də Mbappeyə son təklifini edəcək!

“Real” yanvarın 1-də Kilian Mbappeyə son təkliflə çıxış edəcək.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubu PSJ-nin forvardını transfer etmək üçün son cəhdini edəcək.

2024-cü il yanvarın 1-də “Real” 24 yaşlı fransalı futbolçuya rəsmi təklif verəcək. Çünki o, həmin vaxt hazırkı klubunun razılığı olmadan danışıqlar apara bilər.

Madrid klubu Mbappenin cavabını iki həftə ərzində almağı planlaşdırır. Mbappe yenidən razılaşmasa və ya vaxt itirsə, “Real” “Mançester Siti”nin norveçli forvardı Erlinq Halanda diqqətini yönəldəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button