“Real” 34 yaşlı hücumçu ilə bağlı qərar verib
“Real”da icarədə olan hücumçu Xoselunun gələcək taleyi məlum olub.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi 34 yaşlı hücumçunu “Espanyol”dan almaq qərarına gəlib.
Xoselu “Real”la 2025-ci ilin ortalarına qədər olan müqavilə imzalayacaq və anlaşmanı bir mövsüm uzatma ehtimalı var.
İspaniyalı forvard ötən mövsüm La Liqada 34 oyun keçirib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. O, “kral klubu” ilə İspaniya çempionu olmaqla yanaşı, Çempionlar Liqasının da qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin