“Real” ispaniyalı hücumçunu Qətər klubuna satacaq

“Real”ın hücumçusu Xoselu Qətərin “Əl Qarafa” klubundan sərfəli təklif alıb.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral” klubu”nun rəhbərliyi 34 yaşlı hücumçunu “Espanyol”dan alacaq, sonra isə Qətər klubuna satacaq.

Xoselu “Əl Qarafa” ilə 2027-ci ilin iyun ayının sonuna qədər davam edəcək üç illik müqavilə imzalayacaq. Futbolçunun maaşı 8 milyon avro olacaq ki, bu da onun “Real”dakı maaşından 10 dəfə çoxdur.

İspaniyalı forvard ötən mövsüm La Liqada 34 matçda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button