“Real” Xoselu ilə bağlı qərarını verib

“Real” ötən mövsüm “Espanyol”dan icarəyə götürdüyü hücumçu Xoselu ilə bağlı planlarını açıqlayıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi ispaniyalı forvardı milyon yarım avroya almaq qərarına gəlib.

“Real”ın La Liqa və Çempionlar Liqasındakı qələbəsində Xoselu mühüm rol oynayıb. 34 yaşlı hücumçu çempionatda 10 qol vurub, Çempionlar Liqasında isə “Real”a finala vəsiqə qazandıran “Bayern”lə yarımfinal matçında dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button