İspaniya və İngiltərə nəhəngləri Camalı istəyir
“Real” və “Liverpul” “Bayern”in yarımmüdafiəçisi Camal Musiala ilə maraqlanır.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubu almaniyalı futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir. Aprel ayında “Bayern”in keçmiş idman direktoru Hasan Salihamiciç danışıqlara başlamaq üçün futbolçu ilə görüşüb, lakin müqavilənin uzadılması prosesi o vaxtdan bəri təxirə salınıb.
20 yaşlı oyunçu 2020-ci ilin iyulundan “Bayern”də çıxış edir. O, komandanın heyətində ümumilikdə 133 oyun keçirib, 32 qol vurub və 25 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin