“Real” və “Barselona” Martinesi transfer etmək istədiklərini deyirlər, amma…”

Son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən “İnter”in futbolçusu Lautaro Martineslə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun meneceri Beto Yake, futbolçunun karyerası ilə bağlı bunları deyib:

“Real” və “Barselona” Martinesi transfer etmək istədiklərini deyirlər, amma bu, ona təsir göstərmir. Başqa futbolçu olsaydı, gecələr yata bilməzdi. O, məndən bu söhbətlərin doğru olub-olmadığını soruşmayıb. Martines sadəcə komandasına və oyununa köklənib.

Klubların marağında olmaq hər futbolçunun arzusudur, amma Martinesin heç bir gözləntisi yoxdur. O, sadəcə yaxşı oynamaq və qol vurmaq istəyir. İnkişaf etməsi dünyanın ən yaxşı klublarının Lautaro ilə maraqlanmasına səbəb olur. Cəhdlərinin layiq olduqları kimi nəticələnəcəyinə ümid edirik”.

Argentinalı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button