“Real” Virts üçün “Bayer”lə razılığa gəlib
“Real” yarımmüdafiəçi Florian Virtsin transferi ilə bağlı “Bayer”lə (Leverkuzen) razılığa gəlib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 21 yaşlı almaniyalı futbolçu Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq.
Klublar bir neçə ay əvvəl danışıqlara başlayıb. Potensial transfer məbləği 150 milyon avrodur.
Daha əvvəl Virtsin “Barselona”nın əsas transfer hədəfi olduğu bildirilmişdi.
Yarımmüdafiəçinin “Bayer”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, 2023/24 mövsümündə bütün yarışlarda “Bayer”in heyətində 49 oyunda 18 qol vurub və 20 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin