
“Real” Vinisiusla yeni müqavilə bağlayıb?
“Real”ın hücumçusu Vinisius Junior komandasını dəyişmək niyyətində deyil.
Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir, ancaq görünür, daha iki-üç il uzadılacaq.
Tərəflər arasında yeni müqavilə demək olar ki, bağlanıb. “Kral klubu” bunu mövsüm bitdikdən sonra elan edəcək. Vinisius Səudiyyə Ərəbistanından gələn təkliflərlə maraqlanmayıb.
İyulda 25 yaşı tamam olacaq futbolçu cari mövsümdə Karlo Ançelottinin komandasının heyətində keçirdiyi 46 oyunda 20 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



