
“Real” Vinisiusla anlaşa bilmir – Mbappeyə görə
“Real”la Vinisius Junior arasında yeni müqavilə ilə bağlı danışıqlar hələ də nəticə verməyib.
Komanda.az xəbər verir ki, bu barədə “El Chiringuito de Jugones” məlumat yayıb.
Əsas mübahisə mövzusu maliyyə məsələləridir. Klub rəhbərliyi hesab edir ki, braziliyalı futbolçu komandanın fransalı hücumçusu Kilian Mbappedən çox maaş almamalıdır. Bu isə danışıqlarda gərginlik yaradıb.
25 yaşlı vinger illik təxminən 30 milyon avro məvacib və müqavilənin müddətinin uzadılmasına görə bonus tələb edir. Hələlik tərəflər ortaq məxrəcə gələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin