
İddia: “Real” Vinisiusun müqavilə şərtlərini qəbul etməyib
Son günlər bir neçə media orqanı Vinisius Juniorun “Real”la olan müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatmağa yaxın olduğunu iddia etsə də, braziliyalı futbolçunun ətrafı bu məlumatları təkzib edib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid klubunun nümayəndələri danışıqların bir müddətdir davam etdiyini təsdiqləsələr də, Vinisusun yaxın əhatəsi yeni müqavilənin imzalanmasının hələ gündəmdə olmadığını bildirib.
“Real” 24 yaşlı oyunçunun təklif etdiyi müqavilə şərtlərini qəbul etməyib və indiyə qədər alternativ bir təklif də irəli sürməyib.
Bir neçə ay öncə Vinisiusun illik 15-20 milyon avro maaşlıq təklifi rədd etdiyi deyilirdi. Onun istəyi bonuslarla birlikdə 30 milyon avroya qədər yüksələn illik maaşdır.
Braziliyalı futbolçunun “Real”la hazırkı müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
Bizi Facebook-da izləyin



