
Vinisius 345 milyon avroya satıla bilər
“Real” gələn yay Vinisius Junioru rekord qiymətə sata bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Əhli” braziliyalı futbolçu üçün artıq Madrid klubu ilə danışıqlara başlayıb. Səudiyyə Ərəbistanı klubu hücumçu üçün 300 milyon funt-sterlinq (təxminən 345 milyon avro) təklif etməyə hazırdır.
Hazırkı transfer rekordu 2017-ci ildə Neymarın 222 milyon avroya “Barselona”dan PSJ-yə keçididir.
Vinisiusun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



