
“Real” Vinisiusla razılığa gəlib
“Real” hücumçu Vinisius Juniorla yeni müqavilə imzalamaq üçün razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərın əməkdaşlığı 2030-cu ilə qədər uzatmağına bir addım qalıb.
Madrid klubu ilə Vinisius arasındakı hazırkı müqavilə 2027-ci ilin yayına qədərdir.
24 yaşlı futbolçu İspaniya çempionatının bu mövsümündə 18 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin