Vinisiusla danışıqlar başlayıb

“Real” vingeri Vinisius Juniorla müqavilə müddətini uzatmaq üçün danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb.

Braziliyalı hücumçu Səudiyyə Ərəbistanı klublarından təxminən 1 milyard avro dəyərində, 5 illik müqavilə ilə sərfəli təkliflər alıb. Ancaq o, belə uzunmüddətli sözləşmə imzalamaqdan çəkinir, iki-üç illik müqaviləyə üstünlük verir.

Beş illik anlaşma Səudiyyə Ərəbistanı klubları ilə danışıqları başa çatdırmaq üçün əsas maneədir və bu, onun “Real”la davamlı əməkdaşlıq ehtimalını artırır. Vinisiusla Madrid klubu arasında danışıqlar səmərəli şəkildə davam edir və onun yeni müqavilə imzalamağa yaxınlaşdığı bildirilir.

24 yaşlı oyunçunun “kral klubu” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm 43 matçda iştirak edib, 19 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button