“Real” Vinisiusla bağlı qərar verib

“Real” hücumçusu Vinisius Juniorla yeni müqavilə ilə bağlı danışıqları davam etdirir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “kral klubu” əvvəlcə braziliyalı forvardla yeni müqaviləni gələn ilə qədər müzakirə etməyi planlaşdırmasa da, Səudiyyə Ərəbistanı klublarının ona olan marağını nəzərə alaraq danışıqları tezləşdirməyə qərar verib.

Vinisius artıq klub nümayəndələrinə tələblərini açıqlayıb. Hər şey plana uyğun getsə, o, gələn yay “Real”la yeni müqavilə imzalayacaq. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Səudiyyə Ərəbistanı çempionatının nümayəndələri 24 yaşlı forvardın transferi üçün rekord məbləğ olan 300 milyon avro təklif etməyə hazırdırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button