
“Real” Vinisiusla anlaşıb
“Real” Vinisius Juniorla müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni sözləşməyə imza atacaq.
Yeni anlaşma 2030-cu ilin ortalarınadək qüvvədə olacaq. Müqaviləyə əsasən, Vinisiusun illik maaşı 20 milyon avro təşkil edəcək. Bonuslarla birlikdə bu rəqəm 30 milyon avroya qədər arta bilər.
Hazırda Vinisiusla “kral klubu” arasında qüvvədə olan müqavilənin müddəti 2027-ci ilin iyununda başa çatacaq. O, cari La Liqa mövsümündə 29 matçda iştirak edərək 11 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



