
“Real” Vinisiusla anlaşa bilmədi
“Real” və Vinisius Junior arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “kral klubu” braziliyalı vingerə illik 20 milyon avro maaş təklif edib. Ancaq Vinisiusun nümayəndələri bu məbləği kifayət hesab etmir.
Hazırda Vinisius 17 milyon avro qazanır və onun menecerləri belə az fərqlə müqavilənin müddətini uzatmağın mənasız olduğunu bildiriblər.
25 yaşlı futbolçu illik 20 milyon avro ilə yanaşı, əlavə 10 milyon avro bonus da tələb edir. Madrid klubu isə bu tələbləri qarşılamağa hazır görünmür.
Hazırda danışıqlar dondurulub. Vinisius mövsümü “Real”da keçirəcək, ancaq gələn yay gələcəyi ilə bağlı yekun qərarını verəcək. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.
Bizi Facebook-da izləyin



