“Real” Vinisiusa görə narahatdır

“Real” Klublararası dünya çempionatının yarımfinal mərhələsində PSJ-yə 0:4 hesabı ilə məğlub oldu. Komandanın hücumçusu Vini­sius Junior ABŞ-da göstərdiyi zəif performansla diqqət çəkib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər braziliyalı futbolçunun oyun səviyyəsindən və onun Kilian Mbappe ilə münasibətindən narahatdır.

“Real” rəhbərliyi hesab edir ki, Vini­sius ən vacib məqamlarda oyun əzmini itirib. Bunun fonunda klub prezidenti Florentino Peres onun statusunu dəyişib və artıq onu toxunulmaz hesab etmir.

25 yaşlı Vini­siusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button